Bank Of Baku

AŞ PA Rusiyanın qurumdakı nümayəndə heyətinin mandatının alınması ilə bağlı məsələni müzakirə edib

AŞ PA Rusiyanın qurumdakı nümayəndə heyətinin mandatının alınması ilə bağlı məsələni müzakirə edib
# 01 oktyabr 2008 19:13 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə çıxış edən əksər deputatlar AŞ-nın Rusiya ilə münasibətlərinin davam etdirilməsinin tərəfdarı kimi çıxış ediblər. Çıxışlarda o da vurğulanıb ki, AŞ PA Rusiya və Gürcüstan rəsmilərini eyni platformada birləşdirən çox az məkanlardan biridir.

Böyük Britaniyadan olan deputat Maykl Hankok Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına qarşı çıxıb. Deputatın çıxışı sərtliyi ilə seçilib, o, Gürcüstan prezidenti Mixail Saakaşvilini hədəfə alıb : « Biz Rusiya nümayəndə heyətinin səlahiyyətlərini dondurmaqla heç nə əldə edə bilmərik. Bu heç də Gürcüstan və Cənubi Osetiya xalqlarının xeyrinə deyil. Saakaşvili ordunu Cənubi Osetiyaya göndərmək və mülki əhaliyə atəş açmaqla hərbi cinayət törədib. O, düzgün siyasi hesablama apara bilməyib və yanlış hərəkət edib ».

AŞ PA-dakı Gürcüstan nümayəndə heyətinin başçısı isə məqsədlərinin Rusiyanı təcrid etmək olmadığını, sadəcə AŞ-nın norma və prinsiplərinə riayət olunmasını istədiklərini ifadə edib : « Rusiyaya vaxt verilməsi başadüşüləndir, amma bu ölkəyə nə etməli olduğunu da demək lazımdır. Rusiya qüvvələrini Gürcüstandan çıxarmalı, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə bağlı qərarını ləğv etməlidir ».

Müzakirələrdən sonra məruzə 114 lehinə, 20 əleyhinə olmaqla qəbul edilib. Deputatlar Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının alınmasının əleyhinə səs veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR