Bank Of Baku

Türkiyəli deputat: “Bəzi Avropa ölkələrinin Rusiyadan asılılığını aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantları tapılmalıdır”

Türkiyəli deputat: “Bəzi Avropa ölkələrinin Rusiyadan asılılığını aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantları tapılmalıdır”
# 02 oktyabr 2008 12:51 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. “Avropa Birliyi Cənubi Qafqaza daha çox diqqət ayırmalıdır”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının sessiyasında Gürcüstanla Rusiya arasındakı münaqişə ilə bağlı keçirilən müzakirələrdə Türkiyə nümayəndə heyətinin üzvü Birgən Keleş deyib. O bildirib ki, münaqişə Avropa Birliyinin nə qədər gec hərəkətə keçdiyini göstərib: “Bəzi Avropa ölkələrinin Rusiyadan enerji asılılığı var. Bu asılılığı aradan qaldırmaq üçün enerji ehtiyatlarının nəqlinin digər variantlarını tapmaq lazımdır”. B. Keleş Gürcüstanın enerji resurslarının nəqlində önəmli tranzit məntəqəsi olduğunu, buna görə də həm AB, həm də Türkiyə üçün böyük önəm daşıdığını söyləyib. O, Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. B. Keleş bölgədə sabitlik və etimadın yaranması üçün Türkiyənin Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması təşəbbüsünün əhəmiyyətinə də diqqət çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR