Bank Of Baku

AŞ PA Monitorinq Komitəsi Ermənistanla bağlı məruzəni qəbul edib

AŞ PA Monitorinq Komitəsi Ermənistanla bağlı məruzəni qəbul edib
# 02 oktyabr 2008 13:18 (UTC +04:00)
APA-nın məlumatına görə, qanlı 1 mart hadisələrindən bəri Ermənistanda vəziyyətin yaxşılaşdırılması istiqamətində çox az addım atıldığını düşünən komitə T. Hammarberqə bu ölkəyə bir daha səfər edərək dekabrın 17-də keçiriləcək toplantı üçün yeni hesabat hazırlamağı tapşırıb. Komitə üzvləri 1-2 mart hadisələri zamanı həbs olunanların hələ də buraxılmamasından, bir çoxu siyasi motivlə tutulmuş bu şəxslərə münasibətdə amnistiya, əfv kimi humanist addımların atılmamasından, ölənlərlə bağlı istintaqın başa çatmamasından narahatlıqlarını bildiriblər. MK Ermənistanı AŞ PA-nın qəbul etdiyi 1620 və 1609 saylı qətnamələri yerinə yetirməyə çağırıb. AŞ-nin insan haqları üzrə komissarı T. Hammarberqin dekabrın 17-də təqdim edəcəyi hesabatdan sonra MK növbəti addımlar üzərində düşünəcək. Ermənistana sanksiyaların tətbiqi də istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR