Bank Of Baku

AŞ PA sessiyasında Rusiya ciddi tənqid olunub

AŞ PA sessiyasında Rusiya ciddi tənqid olunub
# 02 oktyabr 2008 16:07 (UTC +04:00)
Strasburq – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının bu gün keçirilən plenar iclasında avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin nəticələri müzakirə olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə söz alan deputatların əksəriyyəti bu müharibəni Avropada təhlükəsizliyə və əməkdaşlığa zərbə, Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirərək Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasının qəbuledilməz və beynəlxalq prinsiplərə zidd olduğunu bildiriblər. Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu vurğulayan parlamentarlar Rusiyanı öz qərarını ləğv etməyə, üzərinə götürdüyü öhdəlikləri, Gürcüstanla imzaladığı sülh planını yerinə yetirməyə çağırıblar. Onların fikrincə, tərəflər arasında həqiqi dialoqun və etimad mühitinin yaranması münaqişənin həlli və uzunmüddətli sabitliyin bərqərar olması üçün ən yaxşı vasitədir.

Mövzuya dair hazırlanan 11724 saylı qətnamə günün ikinci yarısında səsə qoyulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR