Bank Of Baku

AŞ PA Rusiyanı Cənubi Osetiya və Abxaziyanın tanınması barədə qərarını ləğv etməyə çağırıb

AŞ PA Rusiyanı Cənubi Osetiya və Abxaziyanın tanınması barədə qərarını ləğv etməyə çağırıb
# 03 oktyabr 2008 08:42 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, qətnamənin lehinə 93, əleyhinə isə 27 deputat səs verib. Sənəddə Rusiyadan Cənubi Osetiya və Abxaziyanın tanınması barədə qərarını ləğv etmək xahiş olunur. Qətnamədə müharibənin başlanmasına görə məsuliyyət Gürcüstanın üzərinə qoyulsa da, Rusiya bu ölkənin ərazilərini işğal etməkdə ittiham edilir: “Rusiyanın əks zərbəsi beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir və Avropa Şurası prinsiplərinin, eləcə də Rusiyanın təşkilat qarşısında götürdüyü öhdəliklərin pozulmasıdır”. Sənəddə münaqişənin beynəlxalq səviyyədə araşdırılması üçün beynəlxalq ictimaiyyətə çağırış da yer alıb. Bu cür təhqiqatın aparılmasına həm Rusiya, həm də Gürcüstan razılıq verib.

Gürcüstanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, xarici işlər nazirinin müavini Georgi Bokeriya qətnamənin birmənalı olaraq Rusiyanı Cənubi Osetiya və Abxaziyanın tanınması ilə bağlı qərarını ləğv etməyə çağırdığına diqqət çəkib: “Bu məqam müzakirələrdə Rusiyanı nümayəndələrini ən çox narahat edən məsələ idi. Sevindiricidir ki, assambleya onların şantajına uymadı və mövqeyini qoruyub saxladı. Ancaq Rusiyanın bundan sonra öz qonşularına qarşı aqressiv siyasətindən əl çəkəcəyini gözləmək sadəlövhlük olardı. Buna görə də assambleyanın məsələyə yenidən qayıdacağına inanıram. Hesab edirəm ki, Rusiya öz qərarlarına yenidən baxmazsa, bu ölkəyə qarşı müvafiq sanksiyalar tətbiq olunacaq”.

Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski isə Rusiyanın Cənubi Osetiya və Abxaziyanın tanınmasına dair qərarından dönməyəcəyini bildirib: “Biz AŞ PA-nın sanksiyalarından qorxmuruq. Rusiya tarix boyu belə ciddi məsələlərlə bağlı qəbul etdiyi qərarlardan geri dönməyib və mövqeyini dəyişməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR