Bank Of Baku

ETA İspaniyanın şimalında daha bir terror aktı törədib

ETA İspaniyanın şimalında daha bir terror aktı törədib
# 04 oktyabr 2008 07:42 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA. Ötən gecə İspaniyanın şimalında yerləşən Tolosa şəhərində məhkəmə binasının qarşısında quraşdırılmış partlayıcı qurğu partlayıb. APA-nın «Europa Press» agentliyinə istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə 03:15-də) baş verib, xəsarət alan olmayıb.
Hadisədən yarım saat əvvəl Yollarda Yardım Xidmətinə hazırlanan terror aktı haqqında anonim telefon zəngi daxil olub, zəng edən isə özünü ETA qruplaşmasının üzvü kimi təqdim edib.
Xatırladaq ki, bu ilin sentyabr ayının 21-22-də İspaniyanın şimalında ETA yaraqlıları tərəfindən törədilən bir neçə terror aktı nəticəsində bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR