Bank Of Baku

Türkiyəli deputatın NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə namizədliyi irəli sürülüb

Türkiyəli deputatın NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə  namizədliyi irəli sürülüb
# 04 oktyabr 2008 12:55 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisi NATO qrupunun sədri, hakim AKP-nin Kırıkkale millət vəkili Vahid Ərdəm NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupunun sədrliyinə namizəd göstərilib. Xüsusi qrupun iclası oktyabrın 8-9-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək. Bu barədə APA-nın Türkiyə bürosuna açıqlama verən Vahid Ərdəm keçiriləcək tədbirin çox önəmli olduğunu bildirib: “NATO-nun Aralıq dənizi və Orta Şərq Xüsusi qrupuna indiyədək rəhbərlik edən şəxsin səlahiyyət müddəti bitdiyi üçün sədrliyə mənim namizədliyim gündəliyə gəlib. İclasda Aralıq dənizi və Orta Şərq ölkələrində terrora qarşı mübarizə və təhlükəsizlik məsələlərində əməkdaşlığa dair müzakirələr aparılacaq. Bilirsiniz ki, NATO-nun Aralıq dənizi ölkələri ilə əməkdaşlığını nəzərdə tutan “İstanbul təşəbbüsü” də var”.

Qeyd edək ki, Türkiyənin dövlət orqanlarında uzun müddət yüksək vəzifələrdə işləyən Vahid Ərdəm 2002-ci ildən iqtidardakı AKP-nin Kırıkkale millət vəkilidir. O, 2003-2007-ci illərdə NATO Parlament Assambleyasının birinci vitse-prezidenti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR