Bank Of Baku

Şəhid olmuş 2 türk əsgərinin meyiti PKK terrorçularının əlindədir

Şəhid olmuş 2 türk əsgərinin meyiti PKK terrorçularının əlindədir
# 06 oktyabr 2008 11:04 (UTC +04:00)
Ankara – APA. Oktyabrın 4-5-də Türkiyə-İraq sərhədindəki Aktütün zastavasına PKK terrorçularının hücumundan sonra itkin düşmüş 2 türk əsgərinin aqibəti məlum olub. APA-nın xəbərinə görə, “France-Presse” agentliyi 2 türk əsgərinin meyitinin PKK-nın əlində olduğu barədə informasiya yayıb. Bu informasiyanı agentliyə PKK-çılar veriblər. Beləliklə, oktyabrın 4-5-də Türkiyənin cənub-şərqində yerləşən Hakkari bölgəsinin Şəmdinli qəsəbəsi ərazisindəki Aktütün sərhəd zastavasında PKK terrorçuları ilə toqquşmada şəhid olan türk hərbçilərinin sayı 17-yə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR