Bank Of Baku

Tibb sahəsində Nobel mükafatının laureatları elan olunub

Tibb sahəsində Nobel mükafatının laureatları elan olunub
# 06 oktyabr 2008 12:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Stokholmda Karolina Tibb İnstitutunun Nobel Komitəsi tibb sahəsində 2008-ci ilin qaliblərini elan edib. APA-nın məlumatına görə, mükafata Almaniya və Fransa alimləri layiq görülüblər. Almaniyalı alim Harald Turhauzen bu yüksək mükafata uşaqlığın xərçənginin virusunu aşkarladığına, fransalı Fransua Barre-Sinusi və Lyuk Montenye isə QİÇS xəstəliyini yaradan immun çatışmazlığı virusunu aşkarladıqlarına görə layiq görülüblər.

Qeyd edək ki, bu il Nobel mükafatı hər nominasiyada 1 milyon 399 min dollar təşkil edir. Bu məbləğin yarısı almaniyalı alim, digər yarısı isə fransalı alimlər arasında bölünəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR