Bank Of Baku

Türkiyə hərbi təyyarələri İraqın şimalındakı PKK terrorçularına zərbələr endiriblər

Türkiyə hərbi təyyarələri İraqın şimalındakı PKK terrorçularına zərbələr endiriblər
# 06 oktyabr 2008 12:33 (UTC +04:00)
Ankara – APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr oktyabrın 5-də gecə və 6-da səhər PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombardman ediblər. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Aktütün sərhəd zastavasına hücum etmiş terrorçuların təqib edildiyini açıqlayıb. Açıqlamada bildirilir ki, 5 oktyabr gecəsi İraqın şimalındakı Avaşin-Basyan bölgəsində iki yerdə müəyyən olunmuş terrorçulara havadan zərbə endirilib. Bu gün səhər yenə eyni istiqamətdə bir qrup terrorçu hədəfə götürülüb. Məhv edilmiş terrorçuların sayı bilinmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR