Bank Of Baku

Macarıstanda iki qatar toqquşub, ölən və yaralananlar var

Macarıstanda iki qatar toqquşub, ölən və yaralananlar var
# 06 oktyabr 2008 15:27 (UTC +04:00)
Budapeşt-APA. Macarıstanda iki sərnişin qatarının toqquşması nəticəsində üç nəfər ölüb, otuzdan artıq adam yaralanıb. APA-nın məlumatına görə, hadisə Budapeştdən 50 kilometr cənub-şərqdə baş verib. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir. Həlak olanlardan ikisi qadın, biri kişidir. Qəzanın səbəbləri məlum deyil. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR