Bank Of Baku

Türkiyəil ekspert: “Şimali İraq olmasa, PKK mövcudiyyətini uzun müddət davam etdirə bilməz”

Türkiyəil ekspert: “Şimali İraq olmasa, PKK mövcudiyyətini uzun müddət davam etdirə bilməz”
# 07 oktyabr 2008 08:31 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Şimali İraq kimi bölgələr terror təşkilatları üçün həyati əhəmiyyətə malikdir. Terror təşkilatı orada öz adamlarına təlim keçir, silahlarını oraya toplayır, xəstələrini müalicə etdirir, türk əsgərlərinə hücum edəndən sonra isə yenidən o bölgəyə qaçır. Şimali İraq olmasa, PKK mövcudiyyətini uzun müddət davam etdirə bilməz”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə İqtisadi Siyasətlər Araşdırma Fondunun (TEPAV) əməkdaşı, terror, Orta Şərq və Qafqaz üzrə mütəxəssis Nihat Əli Özcan deyib. Türkiyə Hərbi Hava Qüvvələrinin bölgəni daim atəş altında saxlamasına toxunan ekspert bildirib ki, hava əməliyyatları problemin aradan qaldırılmasında həlledici rol oynaya bilməz: “Hava əməliyyatları terror aksiyalarına bir müddət ara verilməsinə səbəb ola bilər, terrorçuların sıralarını seyrəldər, onlara ağır zərbələr endirər, ancaq terrorun kökünün tamamilə kəsilməsinə gətirib çıxarmaz”.

N. Ə. Özcan hesab edir ki, İraqın şimalındakı kürd idarəçiliyi PKK-nın bu ərazidəki fəaliyyətinə şüurlu şəkildə göz yumur: ”Çünki bu yolla Türkiyəni zəiflətməyə, onun Şimali İraq, Kərkük və kürd məsələləri ilə bağlı təşəbbüslərini əngəlləməyə çalışırlar. Bu, əslində terroru dəstəkləməkdir. Biz sərhədin o tərəfindəkilərə onların məsuliyyətlərini xatırladaraq işimizi bitmiş sayırıq. Ancaq onlar öz məsuliyyətlərinin fərqində deyilsə, bunun cəzasını çəkməlidirlər”.

Ekspertin sözlərinə görə, Türkiyədə cərəyan edən hadisələr, bələdiyyə seçkilərinin yaxınlaşması, mövsümün dəyişməsi terror təşkilatını öz varlığını davam etdirə bilməsi üçün bəzi aksiyalar keçirməyə sürükləyir: “İraqın mərkəzi hökumətindən nə isə gözləmək doğru deyil. Çünki onlar heç özlərini idarə edə bilmirlər. Ona görə də bölgədəki bütün prosesləri yaxından izləmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR