Bank Of Baku

Türkiyə hərbi təyyarələri İraqın şimalındakı 21 hədəfə zərbə endirib

Türkiyə hərbi təyyarələri İraqın şimalındakı 21 hədəfə zərbə endirib
# 07 oktyabr 2008 09:12 (UTC +04:00)
Ankara – APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr bu gün səhər PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini növbəti dəfə bombalayıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalındakı Avaşin-Basyan bölgəsi, İki Yaxa dağları və Buzul dağı istiqamətlərində müəyyənləşdirilmiş 21 hədəfin bombardman edildiyini açıqlayıb.
Baş Qərargah PKK-çıların Aktütün sərhəd zastavasına hücumundan sonra itkin düşmüş sayılan 2 türk hərbçisinin meyitinin tapıldığını da elan edib. Bunlar Nurullah Oymak və Bahəddin Ərturhan adlı çavuşlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR