Bank Of Baku

Türkiyə hökuməti İraqın şimalında “bufer zonası” yaradılmasını müzakirə edəcək

Türkiyə hökuməti İraqın şimalında “bufer zonası” yaradılmasını müzakirə edəcək
# 07 oktyabr 2008 11:06 (UTC +04:00)
Türkiyə dövləti olaraq bu xəyanətin belini qıracağıq. Başqa yol yoxdur”. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bu sözləri partiyasının parlament qrupunun toplantısındakı çıxışında deyib. O, bildirib ki, yalnız hərbi vasitələrlə terror probleminin həlli mümkün deyil: “Terror təşkilatına siyasi və maliyyə dəstəyi verənlər ortaya çıxarılmalıdır. Separatçılara himayəçilik edən Şimali İraq rəhbərliyi ilə danışıqlar aparmaqla məsələ həll olunası deyil. Terroru himayə etməyin müharibə səbəbi olduğu Bərzaniyə və İraq dövlətinə ultimatum şəklində bildirilməlidir. Ölkəmizin təhlükəsizliyi digər məsələlərdən üstün tutulmalıdır. Hökumət Türkiyə Silahlı Qüvvələrinə lazımi səlahiyyətlərin və tapşırıqların verilməsi üçün iradə göstərməlidir”. D. Bağçalı Türkiyənin cənub-şərq vilayətlərində fövqəladə vəziyyət rejimi elan edilməsi də daxil olmaqla, bütün zəruri tədbirlərin görülməsini istəyib. O, PKK terrorçularının Türkiyəyə sızmasını əngəlləmək məqsədilə İraqın şimalında “bufer zonası” yaradılması təklifi ilə də çıxış edib.

MHP liderinin təklifinə münasibət bildirən hökumət sözçüsü Cəmil Çiçək “bufer zonası”nın yaradılması məsələsinin müzakirə ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR