Bank Of Baku

Türkiyə parlamenti orduya İraqın şimalında hərbi əməliyyatlar aparmaq üçün verilən icazənin müddətini uzadıb

Türkiyə parlamenti orduya İraqın şimalında hərbi əməliyyatlar aparmaq üçün verilən icazənin müddətini uzadıb
# 09 oktyabr 2008 11:33 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinə İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatlar aparmaq üçün parlament tərəfindən verilən icazənin müddəti 1 il uzadılıb. APA-nın məlumatına görə, qərar Türkiyə Böyük Millət Məclisində 497 səslə qəbul olunub. 32 millət vəkili səsverməyə qatılmayıb, 18 nəfər isə qərarın əleyhinə səs verib.

Xatırladaq ki, Türkiyə parlamenti bir il əvvəl PKK terror təşkilatının İraqın şimalındakı bazalarına havadan və qurudan zərbələr endirmək üçün orduya 1 il müddətinə səlahiyyət vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR