Bank Of Baku

İraqın şimalından Türkiyəyə keçməyə çalışan xeyli terrorçu məhv edilib

İraqın şimalından Türkiyəyə keçməyə çalışan xeyli terrorçu məhv edilib
# 10 oktyabr 2008 11:32 (UTC +04:00)
Ankara – APA. İraqın şimalından Türkiyə ərazisinə keçməyə çalışan böyük terrorçu qrup məhv edilib. APA-nın məlumatına görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. Baş Qərargahın ictimaiyyətlə əlaqə idarəsinin rəisi, general Mətin Gürak oktyabrın 9-da axşam saatlarında İraqın şimalından Türkiyə ərazisinə keçməyə cəhd göstərən xeyli PKK-çının müəyyən edildiyini, terrorçulara havadan və yerdən zərbələr endirildiyini deyib. O, keçirdiyi həftəlik brifinqdə bildirib ki, əməliyyat nəticəsində terrorçuların böyük hissəsi məhv edilib. M. Gürak oktyabrın 3-də Aktütün sərhəd zastavasına hücum etmiş terrorçuları təqib etməyə davam etdiklərini söyləyib. Xatırladaq ki, terrorçuların Türkiyə-İraq sərhədindəki Aktütün zastavasına hücumu zamanı 17 türk hərbçisi şəhid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR