Bank Of Baku

Marti Ahtisaari Nobel sülh mükafatına layiq görülüb

Marti Ahtisaari Nobel sülh mükafatına layiq görülüb
# 10 oktyabr 2008 12:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu mükafata Finlandiyanın sabiq prezidenti, BMT baş katibinin Kosovo münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi Marti Ahtisaari layiq görülüb. O, mükafatı “üç onillik ərzində müxtəlif qitələrdə beynəlxalq münaqişələrin həllində göstərdiyi səylərə görə” alıb.

M. Ahtisaari 2005-ci ildə BMT baş katibinin Kosovo münaqişəsinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi təyin edilib. 2007-ci ildə o, Kosovonun faktiki müstəqilliyini nəzərdə tutan həll planı hazırlayıb. Rusiya və Çinin etirazı üzündən plan BMT Təhlükəsizlik Şurasında qəbul olunmasa da, ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənib. Bundan əvvəl isə M. Ahtisaarinin başçılıq etdiyi “Münaqişələrin həlli üzrə təşəbbüs” adlı qeyri-hökumət təşkilatı Şimali İrlandiya və İndoneziyanın qiyamçı Açex əyalətində münaqişələrin nizamlanmasında, eləcə də neofaşist Yorq Hayderin Azadlıq Partiyasının hakimiyyətə gəlməsindən sonra Avstriyanın beynəlxalq təcriddən çıxarılmasında iştirak edib.
Xatırladaq ki, 2007-ci ildə Nobel sülh mükafatını ABŞ-ın sabiq vitse-prezidenti Albert Qor almışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR