Bank Of Baku

Avstriya nasistlərinin lideri Yorq Hayder yol qəzasında dünyasını dəyişib

Avstriya nasistlərinin lideri Yorq Hayder yol qəzasında dünyasını dəyişib
# 11 oktyabr 2008 07:38 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə bu səhər baş verib. 58 yaşlı Hayderin idarə etdiyi maşın naməlum səbəblərdən yoldan çıxaraq bir neçə də aşıb. Baş və döş nahiyəsindən ağır xəsarətlər alan siyasətçi qəzadan bir qədər sonra vəfat edib.
Qeyd edək ki, Yorq Hayderin siyasi fəaliyyəti daim Avstriya və dünyada narazılıqla qarşılanıb. Avropaya mühacirətin qadağan olunmasını təklif edən Hayder eyni zamanda Türkiyənin Avropa İttifaqına qəbulunu dəstəkləyib. 1999-cu ildə “Avstriya faşistlərinin lideri” adlandırılan Yorq Hayderin Avstriya Azadlıq Partiyası parlament seçkilərində ikinci yeri tutub. Partiya hakim koalisiyanın tərkibinə daxil olsa da, Avropa İttifaqına daxil olan ölkələrin təzyiqi nəticəsində Hayder partiya lideri postundan istefa verib və hökumətdə post tutmaqdan boyun qaçırıb. Onun partiyasının seçkilərdə uğur qazanmasından sonra Avropa İttifaqına daxil olan ölkələr Avstriya ilə münasibətləri minimuma endiriblər.
2005-ci ildə “Avstriyanın Gələcəyi Uğrunda” adlı partiya təsis edən Yorq Hayder nasist ideologiyasını geniş şəkildə təbliğ edib. Həmin ili keçirilən seçkilərdə Hayderin partiyası dördüncü yerə çıxsa da, o yenə də hökumətə daxil ola bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR