Bank Of Baku

Türk mütəxəssisləri PKK terrorçuları ilə mübarizə aparacaq robot hazırlayıblar

Türk mütəxəssisləri PKK terrorçuları ilə mübarizə aparacaq robot hazırlayıblar
# 13 oktyabr 2008 12:46 (UTC +04:00)
Ankara – APA. Türkiyə PKK terrorçuları ilə mübarizədə “növbətçi” robotlardan istifadə edəcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İMTAKS adlanan robot yaxınlaşan təhlükəni müəyyən edir, sistemdəki operatora xəbərdarlıq göndərir və nəticədə atəş açılır. Sistemi hazırlayan “Yüksel Holding”in müdafiə sistemləri şirkətinin nümayəndəsi Hayri Esen növbətçi robot İMTAKS layihəsi üzərində uzun müddətdir çalışdıqlarını bildirib: “Bu, silah deyil, içinə silah qoyulan bir sistemdir. Heç bir sistem terrorla mübarizədə təkbaşına kifayət etməz. Amma bu sistem vasitəsilə şəhidlərin sayının azalacağına ümid edirik. Ən çox itkini terrorçuların ilk atəşi nəticəsində veririk. Bu layihə də əsgərlərimizi ilk atəşdən mühafizə etmək məqsədilə hazırlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR