Bank Of Baku

Avropa Birliyi Özbəkistana qarşı sanksiyaların böyük qismini ləğv edib

Avropa Birliyi Özbəkistana qarşı sanksiyaların böyük qismini ləğv edib
# 13 oktyabr 2008 15:48 (UTC +04:00)
Brüssel - APA. Avropa Birliyi Özbəkistana qarşı tətbiq olunan sanksiyaların böyük qismini ləğv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qərar AB ölkələri xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında qəbul olunub. Qərara əsasən yalnız Özbəkistana silah satışına qoyulmuş qadağa qüvvədə saxlanılıb.

Xatırladaq ki, AB 2005-ci ildə Özbəkistana qarşı sanksiyalar tətbiq etmişdi. Səbəb Özbəkistan hökumətinin eyni ilin may ayında Əndican şəhərində baş vermiş qanlı hadisələrlə bağlı beynəlxalq təhqiqat aparılmasından imtina etməsi idi. Sanksiyalara əsasən prezident İslam Kərimov da daxil olmaqla bir sıra dövlət məmurlarının AB ərazisinə səfərlərinə qadağa qoyulmuş, bu ölkə ilə əməkdaşlığa dair sazişin fəaliyyəti dayandırılmış və Özbəkistana silah satışına embarqo qoyulmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR