Bank Of Baku

Avropa Birliyi Aleksandr Lukaşenkoya 6 aylıq viza verib

Avropa Birliyi Aleksandr Lukaşenkoya 6 aylıq viza verib
# 13 oktyabr 2008 15:59 (UTC +04:00)
Brüssel – APA. Belarus prezidenti Aleksandr Lukaşenkonun Avropa Birliyi ölkələrinə səfərlərinə qoyulmuş qadağa müvəqqəti olaraq götürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə AB xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında qərar qəbul edilib. Qərar 1999-2000-ci illərdə bəzi müxalifətçilərin yoxa çıxmasına görə şübhəli bilinən 3 məmur və Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina istisna olmaqla, digər Belarus məmurlarına da şamil olunacaq və yarım il qüvvədə qalacaq. AB-yə sədrlik edən Fransanın təmsilçiləri bu yolla Belarusda demokratiyanın inkişafını təşviq etdiklərini deyiblər. Müxalifətin üç nümayəndəsi – Aleksandr Kozulin, Sergey Parsyukeviç və Andrey Kimin həbsdən buraxılması da bu qərarda rol oynayıb.

Xatırladaq ki, AB 2006-cı ildə Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını bildirərək bu ölkəyə qarşı sanksiyalar tətbiq etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR