Bank Of Baku

Jerar Depardyenin oğlu vəfat edib

Jerar Depardyenin oğlu vəfat edib
# 14 oktyabr 2008 07:55 (UTC +04:00)
Paris – APA. Məşhur fransız aktyoru Jerar Depardyenin oğlu, aktyor Qiyom Depardye vəfat edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, pnevmoniyadan əziyyət çəkən 37 yaşlı Q. Depardye müalicə olunduğu Paris ətrafındakı Qarş şəhər xəstəxanasında keçinib.

1971-ci ildə dünyaya gələn Q. Depardye atasının sənətini seçib və 20-yə yaxın filmə çəkilib. 1995-ci ildə idarə etdiyi motosikletlə qəzaya uğrayan gənc aktyor sağ dizindən ağır yara alıb. Hadisədən 8 il keçdikdən sonra onun sağ ayağı amputasiya edilib və aktyor protezlə hərəkət etməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR