Bank Of Baku

Türkiyənin tanınmış siyasətçilərindən olan Murad Qarayalçın CHP-dən Ankara bələdiyyə başqanlığına namizəd olacaq

Türkiyənin tanınmış siyasətçilərindən olan Murad Qarayalçın CHP-dən Ankara bələdiyyə başqanlığına namizəd olacaq
# 16 oktyabr 2008 13:41 (UTC +04:00)
Ankara – APA. Türkiyənin aparıcı siyasi partiyaları 2009-cu ilin martında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesinə start veriblər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul, Ankara kimi böyük şəhərlərin bələdiyyələrini hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əlindən almaq istəyən Cümhuriyyət Xalq Partiyası (CHP) paytaxt Ankaranın bələdiyyə başçısı vəzifəsinə irəli sürəcəyi namizədi müəyyənləşdirib. CHP bu posta Sosial-Demokrat Xalqçı Partiyasının (SHP) lideri Murad Qarayalçının namizədliyini irəli sürəcək. Ankarada böyük nüfuzu olan M. Qarayalçının seçki ərəfəsində SHP-ni tərk edərək CHP-yə keçəcəyi və rəsmi olaraq bu partiyanın namizədi kimi seçkilərə qatılacağı bildirilir.
Qeyd edək ki, Türkiyənin tanınmış siyasətçilərindən biri olan M. Qarayalçın 1989-1993-cü illərdə Ankaranın bələdiyyə başçısı, 1994-1995-ci illərdə isə xarici işlər naziri və baş nazirin müavini vəzifələrində çalışıb. Seçkidə onun ən ciddi rəqibi indiki bələdiyyə başçısı Məlik Kökçək (AKP) olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR