Bank Of Baku

Ordu generalı Şənər Əruyğur Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb

Ordu generalı Şənər Əruyğur Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb
# 16 oktyabr 2008 14:01 (UTC +04:00)
Ankara – APA. Terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı aparılan istintaq çərçivəsində bir müddət əvvəl həbs olunmuş və bu yaxınlarda səhhəti ilə əlaqədar barəsində həbs-qətimkan tədbiri dəyişdirilən ordu generalı Şənər Əruyğur Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, həbsxanada yıxılaraq boyun sümüyü qırılan və beyninə qan sızan Ş. Əruyğur ailəsinin istəyi ilə bir aydır müalicə olunduğu Kocaeli Universiteti tibb fakültəsinin xəstəxanasından Gülhanəyə aparılıb. Sağ tərəfi iflic olmuş generalın səhhətində düzəlmə müşahidə edilir. O, artıq yeriyir və otura bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR