Bank Of Baku

Türkiyənin Şırnak bölgəsində 35 terrorçu məhv edilib

Türkiyənin Şırnak bölgəsində 35 terrorçu məhv edilib
# 17 oktyabr 2008 11:17 (UTC +04:00)
Ankara – APA. Oktyabrın 14-də Türkiyənin Şırnak rayonu ərazisində, Cudi dağının şərq hissəsindəki Besta adlanan yerdə PKK-çılara endirilən zərbə nəticəsində ölən terrorçuların sayı müəyyənləşdirilib. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalından Türkiyəyə keçməyə çalışan terrorçulardan ibarət iki qrupa qarşı keçirilən hərbi əməliyyat nəticəsində 35 terrorçunun məhv edildiyini açıqlayıb. Əldə olunan kəşfiyyat məlumatlarına əsasən sağ qalan PKK-çılar ölənlərin bəzilərinin cəsədlərini həmin əraziyə basdıraraq bəzi önəmli terrorçuların cəsədlərini özləri ilə aparıblar. Ağır yaralı olan 1 terrorçu isə güllələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR