Bank Of Baku

Türkiyə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib

Türkiyə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib
# 18 oktyabr 2008 07:52 (UTC +04:00)
APA-nın “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə BMT TŞ-də Qərbi Avropaya ayrılmış yerlər üçün keçirilən səsvermədə 151 səs toplayaraq birinci olub. 132 səs alan Avstriya da Qərbi Avropa qrupundan BMT TŞ-yə müvəqqəti üzv seçilib, 87 səs toplayan İslandiya isə tələb olunan 128 səsi ala bilmədiyi üçün seçilə bilməyib. Digər regional qruplar üzrə səsvermədə Afrikadan Uqanda, Latın Amerika və Karib bölgəsindən Meksika, Asiya qrupundan isə Yaponiya (İranı geridə qoyaraq) qalib gəlib. Beləliklə, Türkiyə, Avstriya, Uqanda, Meksika və Yaponiya 2009-2010-cu ildə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri kimi fəaliyyət göstərəcəklər.

Türkiyənin xarici işlər naziri Əli Babacan ölkəsinin 48 illik fasilədən sonra BMT TŞ-yə müvəqqəti üzv seçilməsini tarixi hadisə adlandırıb: “Bu gün Türkiyə və türk diplomatiyası üçün gözəl, tarixi bir gündür”. O, səsvermədə iştirak edən 192 ölkədən 151-nin Türkiyə dəstəklədiyinə diqqət çəkərək bildirib ki, bu, səslərin təxminən 80%-dir. Regional problemlərə dair sualı cavablandıran nazir Türkiyənin Qafqazda yeni bir prosesə təkan verdiyini, Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü irəli sürməklə yanaşı, Ermənistanla dialoqa başladıqlarını, Azərbaycanla Ermənistan arasındakı problemlərin həllinə də töhfə verdiklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR