Bank Of Baku

“Ergenekon”la bağlı məhkəmənin təşkil olunduğu həbsxananın qarşısında etiraz aksiyası keçirilir

“Ergenekon”la bağlı məhkəmənin təşkil olunduğu həbsxananın qarşısında etiraz aksiyası keçirilir
# 20 oktyabr 2008 10:03 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbulun Silivri rayonu ərazisindəki həbsxanada təşkil olunan məhkəmənin yerli vaxtla saat 09.00-da başlaması nəzərdə tutulsa da, içəridə izdiham olduğu üçün prosesə başlamaq mümkün olmayıb. Vəkillər zalın kiçik olduğunu bildirərək bu şəraitdə ədalətli mühakimənin mümkün olmayacağını vurğulayıblar. Hakim barəsində həbs-qətimklan tədbiri seçilmiş müttəhimlərlə azadlıqda ola-ola mühakimə edilənlərin işinə ayrı-ayrılıqda baxılmasını təklif etsə də, vəkillər bu təklifi rədd ediblər. Bundan sonra hakimlər ittiham edilənlər istisna olmaqla, digər şəxslərin zaldan çıxarılmasına qərar verərək müşavirəyə gediblər.

Qeyd edək ki, səhər tezdən azadlıqda ola-ola mühakimə edilən şəxslər, müttəhimlərin qohumları və jurnalistlər – ümumən 280 nəfər 4 yoxlama nöqtəsindən keçirilərək salona buraxılıb. İçəri girə bilməyənlər üçün bayırda iri ekranlı (LCD) televizor quraşdırılıb. İşçi Partiyasının və Atatürkçü Düşüncə Dərnəyinin üzvləri həbsxana binasının qarşısında etiraz aksiyasına başlayıblar. Məhkəmə heyəti İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin 3 hakimindən ibarətdir. 2455 səhifəlik ittiham aktının təxminən 20 günə oxunacağı bildirilir. Cinayət işi üzrə 86 nəfər ittiham olunur. Onlardan 46-sı haqqında həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR