Bank Of Baku

Britaniyada naməlum uçan obyektlər haqqında məxfi materiallar ictimaiyyətə açıqlanıb

Britaniyada naməlum uçan obyektlər haqqında məxfi materiallar ictimaiyyətə açıqlanıb
# 21 oktyabr 2008 07:30 (UTC +04:00)
London-APA. Böyük Britaniyada naməlum uçan obyektlə bağlı daha bir insidentə dair məxfi materiallar 50 il sonra ictimaiyyət üçün açıqlanıb. APA-nın məlumatına görə, Britaniya Milli Arxivi həmin materialları öz rəsmi saytında yerləşdirib. Sənədlərdən biri ABŞ Hərbi-Hava Qüvvələrinin 1957-ci ildə naməlum uçan obyekti ələ keçirmək cəhdini əks etdirir. Bu, hərbi pilota naməlum uçan obyekti vurmağa rəsmi əmr verildiyinə dair yeganə hadisədir. Leytenant Milton Torres 1957-ci il mayın 20-də ona naməlum uçan obyekti vurmaq əmri verildiyini bildirib: “İlk dəfə idi ki, belə əmr verilirdi. Mən hədəfə 24 raket buraxmağa hazır idim. Havaya qalxdıqdan sonra radarda parlaq işıq kütləsi gördüm. Bu, təyyarədən təqribən 15 mil məsafədə ABŞ “B-2” bombardmançısı ölçüsündə bir uçan obyekt idi. Mən obyektə yaxınlaşaraq atəş açmağa hazırlaşdım, lakin o qəflətən radardan itdi”. Hadisədən bir gün sonra Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları Torresi istintaq edib və baş verənlərlə bağlı kimsəyə bir söz danışmamağı tapşırıblar. Naməlum uçan obyektlər üzrə ekspert Devid Klarkın sözlərinə görə, baş verən hadisədə söhbət ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin “Palladium” kod adı altında apardığı araşdırmalardan gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR