Bank Of Baku

MHP lideri Dövlət Bağçalı baş nazir Ərdoğanı PKK-nın tələblərini yerinə yetirməkdə ittiham edib

MHP lideri Dövlət Bağçalı baş nazir Ərdoğanı PKK-nın tələblərini yerinə yetirməkdə ittiham edib
# 21 oktyabr 2008 12:15 (UTC +04:00)
Ankara – APA. “Baş nazir Ərdoğan PKK-nın tələblərinə uyğun ifadələrin yer aldığı bir sənədə imza atıb”. APA-nın məlumatına görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament qrupunun toplantısındakı çıxışında deyib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan 1991-ci ildə içində “kamalist rejim iflasa uğrayıb. PKK-dövlət münaqişəsində tərəf olmamalıyıq. İçində “bölücü” və “separatçı” kəlmələri olan cümlələrdən uzaq durmalıyıq” sözləri yer alan bir raportu imzalayıb. D. Bağçalının fikrincə, baş nazir terrorla mübarizədə lazım olan niyyət və iradəyə sahib deyil: “Üsyan planlarının sınaqdan keçirildiyi, təhlükəsizlik qüvvələrimizi gözdən salmaq məqsədilə kampaniyaların aparıldığı bir vaxtda “siyasi həll” tərəfdarlarının yenidən ortaya çıxması Türkiyənin xaosa sürükləndiyini göstərir. Baş nazir siyasi və əxlaqi vəzifələrini yerinə yetirməsə, türk milləti lazım olanı edəcək”. R. T. Ərdoğan haqqında sərt ifadələrini davam etdirən MHP lideri aşağıdakıları söyləyib: “Türk millətini 36 etnik qrupa bölən, “türkiyəlilik” kimi yeni anlayışlar yaratmağa çalışan, islahatlar adı altında terror təşkilatına xidmət göstərən, Avropanın “distribütörlüyünü” edən, qeyri-türk dilində təhsilə şərait yaratmaq istəyən, terrorçulara əfv kimi mövzuları gündəmə gətirən məhz Ərdoğandır”. D. Bağçalı İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri, “əşirət rəisi” adlandırdığı Məsud Bərzani ilə danışıqlara gedilməsini də kəskin şəkildə pisləyib. Onun sözlərinə görə, danışıqlar prosesi PKK terrorçularının lideri Abdulla Öcalanın həbsdən buraxılmasına qədər gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR