Bank Of Baku

İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar edən türklər cərimələnib

İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar edən türklər cərimələnib
# 21 oktyabr 2008 16:08 (UTC +04:00)
Bern – APA. İsveçrənin Vintertur dairə məhkəməsi uydurma “erməni soyqırımı”nı inkar edən 3 türkü cərimələyib. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, Əli Mərcan, Həsən Kamal və Əthəm Kaya adlı türklər 3600 və 4500 İsveçrə frankı məbləğində cərimə olunublar. Bu şəxslər 2007-ci il iyunun 30-da Türkiyə İşçi Partiyasının lideri Doğu Pərinçəkin Lozanna şəhərində təşkil etdiyi toplantıya qatılaraq Osmanlı İmperiyası dövründə ermənilərə qarşı soyqırım törədilmədiyini, bu barədə iddiaların Fransa, ABŞ və çar Rusiyası tərəfindən uydurulmuş beynəlxalq yalan olduğunu bildiriblər. Adı çəkilən şəxslər 10 gün ərzində məhkəmənin hökmündən şikayət verə bilərlər.

Xatırladaq ki, 2007-ci ilin martında İsveçrə məhkəməsi D. Pərinçəki saxta soyqırımı inkar etdiyi üçün 90 gün şərti cəzaya məhkum edib və 3 min frank məbləğində cərimələyib. Hazırda D. Pərinçək Türkiyədə “Ergenekon” məsələsi ilə bağlı həbsdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR