Bank Of Baku

Milyonçu Məhəmməd əl-Fayed azyaşlı qıza seksual zorakılıq etməkdə təqsirləndirilir

Milyonçu Məhəmməd əl-Fayed azyaşlı qıza seksual zorakılıq etməkdə təqsirləndirilir
# 22 oktyabr 2008 16:27 (UTC +04:00)
London-APA. Şahzadə Diananın sevgilisi Dodi əl-Fayedin atası, milyonçu, Londonun “Harrods” univermağının sahibi Məhəmməd əl-Fayed 15 yaşlı qıza seksual zorakılıq tətbiq etdiyinə görə, polis tərəfindən dindirilib. APA-nın məlumatına görə, əl-Fayed həbs olunmasa da, araşdırma davam edir. Qızın istintaqa verdiyi ifadəyə görə, insident 2008-ci ilin mayında baş verib. Anası ilə “Harrods” univermağına gələn qız burada Əl-Fayedlə rastlaşıb. Özünü təqdim edən əl-Fayed qızdan telefon nömrəsini istəyib. Daha sonra milyonçu 15 yaşlı qızı mağazaya dəvət edib. Qızın sözlərinə görə, dəvəti qəbul edərək mağazaya gələn zaman əl-Fayed tərəfindən seksual zorakılığa məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR