Bank Of Baku

Avropa Birliyi - ATƏT görüşündə münaqişələrin həlli yolları müzakirə olunacaq

Avropa Birliyi - ATƏT görüşündə münaqişələrin həlli yolları müzakirə olunacaq
# 19 yanvar 2010 10:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi – xarici işlər naziri Kanat Saudabayev yanvarın 20-də Astanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçirəcək. APA-nın məlumatına görə, bunu Qazaxıstan XİN-in rəsmisi A. Abdurahmanov deyib. O bildirib ki, K. Saudabayev görüşdə Qazaxıstanın ATƏT-ə sədrliyinin prioritetlərini açıqlayacaq. Bu prioritetlər təşkilatın səmərəliliyinin artırılmasına, vacib beynəlxalq problemlərin həllində onun pozitiv töhfəsinin genişləndirilməsinə yönəlib.
Yanvarın 26-da K. Saudabayev Brüsseldə nazirlər səviyyəsində keçiriləcək Avropa Birliyi - ATƏT birgə iclasında iştirak edəcək. Həmin görüşdə regional təhlükəsizliyin təmin olunmasında iki təşkilatın işinin əlaqələndirilməsi, Əfqanıstan problemi, həlli uzanan münaqişələrin sülh yolu ilə həlli yolları, Korfu prosesinin inkişafı və digər məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR