Bank Of Baku

Fransada zavoddan 100 kq qızıl oğurlanıb

Fransada zavoddan 100 kq qızıl oğurlanıb
# 19 yanvar 2010 16:37 (UTC +04:00)
Bakı – APA. Fransada dörd silahlı şəxs qızıləritmə zavoduna daxil olaraq, 100 kq-dan çox qızılı ələ keçirib.

APA-nın “Le Monde” qəzetinə istinadən məlumatına görə, hadisə yanvarın 18-də Lion yaxınlığında baş verib.

Cinayətkarlar əvvəlcə zavod əməkdaşlarından birinin evinə soxulublar. Onu həyat yoldaşı ilə birgə girov götürdükdən sonra müəssisə ərazisinə keçməyə və qiymətli metalların emal olunduğu sexə daxil ola biliblər. Tapança və tüfənglərlə silahlanmış cinayətkarlar sexdən 100-150 kq məhsul, əsasən də qızıl aparıblar. Oğurlanmış metalların dəyəri barədə məlumat verilmir.

Zavod ərazisini bir güllə atmadan tərk etdikdən sonra oğrular girovları azad ediblər və naməlum istiqamətdə gizləniblər. Onları isti izlərlə tutmaq mümkün olmayıb.

Qeyd edək ki, Liondakı qiymətli metalların emalı sexi ilk dəfə deyil qarət olunur. 2007-ci ildə dörd silahlı şəxs sexə daxil olaraq 270 kq qızıl və 100 kq digər qiymətli metalları oğurlaya bilmişdilər. O zaman oğurlanan məhsul 6-9 mln. avro dəyərində qiymətləndirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR