Bank Of Baku

Avropa İttifaqı ölkələri əhalisinin sayı yarım milyardı ötdü

Avropa İttifaqı ölkələri əhalisinin sayı yarım milyardı ötdü
# 19 yanvar 2010 19:48 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkənin ümumilikdə əhalisinin sayı 500 milyonluq həddi keçib.

APA-nın Avropa KİV-lərinə istinadən verdiyi məlumata görə, Fransa Milli Statistika İnstitutu 2010-cu il yanvarın 1-də Aİ ölkələri əhalisinin sayının 501,26 milyon nəfər olduğunu açıqlayıb. Qeyd edək ki, bir il əvvəl bu göstərici 499,7 milyon nəfər olub.

İnstitutun açıqlamasında deyilir ki, Aİ-yə daxil olan ölkələr arasında əhalisi ən çox olan ölkə Almaniyadır (81,7 milyon). Bu siyahıda sonrakı yerləri Fransa (65,4 milyon, qitədən kənardakı ərazilər də nəzərə alınmaqla) və Böyük Britaniya tutur (62 milyon).

Xatırladaq ki, bir müddət əvvəl «The Telegraph» qəzeti 2050-ci ilə qədər Avropa ölkələrində müsəlman əhalisinin sayının dörd dəfə artaraq təqribən 20% təşkil edəcəyi barədə proqnoz açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR