Bank Of Baku

Bolqarıstan indi də Yunanıstandan təzminat tələb edir

Bolqarıstan indi də Yunanıstandan təzminat tələb edir
# 20 yanvar 2010 00:03 (UTC +04:00)
Bakı-APA. Daha öncə Türkiyədən təzminat istəyən Bolqarıstan, bu dəfə də Yunanıstana qarşı eyni iddiayla çıxış edib.

APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Bolqarıstan baş naziri Boyko Borisov Yunanıstan hökumətinin kənd təsərrüfatı siyasətinə etiraz edən yunan fermerlərin Bolqarıstan-Yunanıstan sərhədindəki bütün gömrük qapılarında problem yaratması ucbatından Bolqarıstanın uğradığı zərərin ödənilməsi üçün Yunanıstandan 10 milyon avro təzminat istədiyini açıqlayıb.

Təzminat barəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozoya məktub yolladığını bildirən Borisov, Avropa Komissiyasından Yunanıstana sərt reaksiya göstərilməsinin istəndiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR