Bank Of Baku

İsrail İrana qarşı təzyiqlərin artırılmasını istəyir

İsrail İrana qarşı təzyiqlərin artırılmasını istəyir
# 19 yanvar 2010 23:31 (UTC +04:00)
Бакы-АПА. İsrail baş naziri Benyamin Netanyahu Berlində görüşdüyü Almaniya federal kansleri Angela Merkeldən İran məsələsində dəstək istəyib. APA-nın məlumatına görə, Netanyahu Merkeldən Almaniyanın ticarət əlaqələri saxladığı İrana qarşı təzyiqi artırmasını xahiş edib.

İsrail baş naziri «İranı sərt bir şəkildə cəzalandırmalıyıq. Əgər təzyiqlər bu gün edilmirsə, bəs nə vaxt ediləcək? Şübhəsiz ki, bu sualın cavabı indidir», deyə bildirib.

Bu istəyə cavab olaraq Merkel İranın əməkdaşlığa razılaşmamağı halında təzyiqə hazır olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR