Bank Of Baku

Britaniya xarici işlər naziri: “İrana qarşı iqtisadi sanksiyalar yürütmək vaxtıdır”

Britaniya xarici işlər naziri: “İrana qarşı iqtisadi sanksiyalar yürütmək vaxtıdır”
# 20 yanvar 2010 02:42 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Britaniya xarici işlər naziri (XİN) Devid Milibend bildirib ki, İranın nüvə proqramına qarşı ən yaxşı təsir vasitəsi iqtisadi sanksiyalar ola bilər.

O, parlament üzvlərinin suallarına cavab verərkən, bu cür sanksiyalar haqda ictimaiyyətə açıqlama verməyin düzgün olmadığını deyib.

Qeyd edək ki, Britaniya rəsmisinin bu bəyanatı Britaniya, ABŞ, Fransa, Almaniya və Rusiyanın Tehrana qarşı yeni sanksiyalar tətbiq etməklə bağlı keçirilən görüşündən sonra yayılıb.

Çin, Rusiya, ABŞ, İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə İranın nüvə proqramına qarşı yeni sanksiyalarla bağlı ümumi razılaşma olmasa da, hansı sanksiyaların daha münasib olduğu qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR