Bank Of Baku

Berlində «20 yanvar» faciəsi ilə bağlı tədbir keçirilib

Berlində «20 yanvar» faciəsi ilə bağlı tədbir keçirilib
# 20 yanvar 2010 18:12 (UTC +04:00)
Bakı- APA. Bu gün Berlindəki “Heilig Kreuz” kilsəsində «20 yanvar» faciəsinə həsr edilmiş anma mərasimi keçirilib. Azərbaycanın Almaniyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbir Səfirlik, Alman-Azərbaycan Forumu, Almaniyada Azərbaycanlıların Koordinasiyası Mərkəzi və “EuroKaukAsia” elmi-mədəni cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov, Alman-Azərbaycan Forumunun sədri Otto Hauzer, «EuroKaukAsia» cəmiyyətinin sədri, Bonn Universitetinin professoru xanım Eva-Maria Aux çıxış ediblər.

Natiqlər son çırpıntılarını yaşayan sovet rejiminin Azərbaycan xalqının azadlıq naminə dinc hərəkatını qanla boğaraq insanları qorxutmaq istədiklərini, qadın qoca və uşaq demədən insanları qəddarcasına qətlə yetirdiklərini bildiriblər.
Çıxışlarda M.Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən insanların kütləvi şəkildə qətlə yetirilməsindən 20 il ötməsinə baxmayaraq əsl təqsirkarların cəzasız qalması təəssüflə vurğulanıb.

Anım mərasimində “Qara Yanvar” adlı sənədli film də nümayiş olunub.
Daha sonra Bakı Musiqi Akademiyasının professoru Rəna İsmayılova Orqan alətində Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Tədbirdə, Almaniya ictimaiyyətinin müxtəlif təbəqələrinin, o cümlədən KİV qurumlarının, Almaniyadakı Azərbaycan diasporasının və Səfirliyin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR