Bank Of Baku

İğdır bələdiyyə başqanı PKK-ya üzv olması ittihamı ilə həbs edilib

İğdır bələdiyyə başqanı PKK-ya üzv olması ittihamı ilə həbs edilib
# 21 yanvar 2010 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün səhər saatlarında polis və jandarma bələdiyyə sədri və partiya üzvlərinin evində əməliyyat keçirib. Əməliyyat zamanı jandarma Mehmet Nuri Günəşin xidməti maşınını müsadirə edib, bələdiyyə sədrini isə həbs edərək aparıb. Mehmet Nuri Günəşin həbsinə səbəb bələdiyyənin istifadə etdiyi yanacağa görə 140 min türk lirəsi borcu ödəməməsi göstərilir. Bundan əvvəl həmin borcun ödənməsi səbəbilə bələdiyyə sədrinin müavininin xidməti maşını və bələdiyyəyə məxsus biz zibilyığan maşın müsadirə olunmuşdu. Bələdiyyə sədri və BDP üzvü olan daha on nəfərin həbsindən sonra jandarma qüvvələri İğdır bələdiyyə binasında da axtarış aparıblar. Mehmet Nuri Günəşin vəkili Murat Yikit bələdiyyə sədri və partiya üzvlərinin terror təşkilatına üzv olmaq ittihamı ilə həbs edildiyi ehtimalını irəli sürüb. O həbsin səbəbi ilə bağlı geniş məlumata malik olmadığını bildirib. Qeyd edək ki, DTP namizədi kimi seçkilərdə qalib gələn Mehmet Nuri Günəş əvvəllər terrorçuluq fəaliyyətinə görə həbs olunub. 1996-cı ildə qalmaqallı HADEP qurultayında türk bayrağını çıxararaq yerinə PKK lideri Abdullah Öcalanın şəklinin asması ilə “məşhurlaşan” Mehmet Nuri Günəş məhkəmə qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan ümumi əfv fərmanı ilə azadlığa buraxılıb. Xatırladaq ki, bundan əvvəl DTP İğdır təşkilatının sədri Əhməd Barbaros və çoxlu sayda DTP üzvləri də terrorçu fəaliyyətə dəstək vermək ittihamı ilə həbs olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR