Bank Of Baku

İran konsulu Norveç hökumətindən sığınacaq istəyib

İran konsulu Norveç hökumətindən sığınacaq istəyib
# 21 yanvar 2010 14:30 (UTC +04:00)
Oslo-APA. İranın Oslodakı baş konsulu İran hakimiyyətinin yürütdüyü siyasətə etiraz olaraq Norveç hökumətindən siyasi sığınacaq istəyib. APA-nın məlumatına görə, konsul Məhəmməd Rza Heydəri hələ yanvarın 7-də diplomatik xidmətdən istefa verib və digər həmkarlarını, o cümlədən xarici işlər naziri Manuçöhr Mottəkini də bu cür addım atmağa çağırıb. Heydəri öz qərarını Aşura günü ayətulla Hüseyn Əli Müntəzirinin məzarı önündə keçirilən aksiyanın vəhşiliklə dağıdılması ilə əsaslandırıb. Xatırladaq ki, qeyd olunan hadisələr zamanı ən azı 8 nəfər ölüb, mindən artıq şəxs həbs olunub. Diplomat bəyan edib ki, təqib olunmaqdan qorxduğuna görə İrana qayıtmaq istəmir. Onun Norveç hökumətinə müraciətinə 2-3 ay ərzində cavab veriləcək. Hazırda Məhəmməd Rza Heydəri Osloda yaşayır, onun ailəsinin təhlükəsizliyini Norveç hüquq-mühafizə orqanları təmin edir.

İran Xarici İşlər Nazirliyi isə diplomatın istefasını qəbul etmədiyini açıqlayıb. XİN başçısı Manuçöhr Mottəki bildirib ki, Heydəri işdən qovulmayıb və vəzifəsini icra etməyə qayıtmalıdır.

2009-cu ildə Norveç hökuməti sığınacaq üçün müraciət edən 574 İran vətəndaşından 118 nəfərinin istəyini təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR