Bank Of Baku

Avropa Şurasının Nazirlər Komitəsi Torbyorn Yaqlandın təklifini dəstəkləyib

Avropa Şurasının Nazirlər Komitəsi Torbyorn Yaqlandın təklifini dəstəkləyib
# 21 yanvar 2010 21:47 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın yanvarın 20-də Şurada islahatlarla bağlı verdiyi təklif qurumun Nazirlər Komitəsi tərəfindən yekdilliklə dəstəklənib. Bu haqda məlumatı APA Avropa Şurasının websaytına istinadən verib.

AŞ-nın baş katibi Torbyorn Yaqland bildirib ki, siyasi hadisələr inkişaf etdikcə siyasi mənzərə də dəyişir. O təklif etdiyi islahatın AŞ-nın gələcəyi üçün faydalı ola biləcəyini əlav edib.

AŞ baş katibi qeyd edib ki, «Avropa kimi Avropa Şurası da müxtəlif qütblərin kəsişdiyi bir nöqtəyə gəlib çıxıb».

«İslahatın tam həyata keçməsi uzunmüddətli proses olsa da, onun bəzi hissələri dərhal həyata keçirilməlidir», deyə AŞ baş katibi vurğulayıb.

Qeyd edək ki, yanvarın 25-də AŞ Parlament Assambleyasında qurumun növbəti sessiyası və baş katib Torbyorn Yaqlandın islahat təklifi ilə bağlı mətbuat konfransı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR