Bank Of Baku

CHP: «Konstitusiyaya zidd olan bir durum ləğv edilib»

CHP: «Konstitusiyaya zidd olan bir durum ləğv edilib»
# 21 yanvar 2010 22:23 (UTC +04:00)
Bakı-APA. Türkiyə Konstitusiya Məhkəməsinin bəzi qanunlarda hərbçilərə mülki istintaqın yolunu açan düzəlişlərin ləğv olunması barədə qərarı artıq ölkənin siyasi dairələrində şərh olunmağa başlayıb. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, iqtidardakı AKP-nin parlament fraksiyasının sədr müavini Bəkir Bozdağ «Qərar Konstitusiyanın 145-ci maddəsinə ziddir, siyasi yükü hüquqi yükündən çoxdur. Lakin məhkəmə qərarıdır, hörmətlə yanaşırıq», deyə bildirib.

Mədəniyyət və turizm naziri Ərtuğrul Günay mövzu ilə bağlı «Köhnə düşüncəli qurumlar Türkiyədə vətəndaş cəmiyyətinin önünü bağlamaq mövzusunda əllərindən gələni edirlər», açıqlamasını verib.

«Konstitusiyaya zidd olan bir durum ləğv edilib. Biz CHP olaraq inanaraq verdiyimiz bir iddianın qəbul edilməsindən məmnunuq». Bu fikirlər isə müxalifətçi Cümhuriyyət Xalq Partiyasının sözçüsü Mustafa Özyürəkə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR