Bank Of Baku

Ştutqart-İzmir reysi uçan sərnişin təyyarəsi Yunanıstanda məcburi eniş edib

Ştutqart-İzmir reysi uçan sərnişin təyyarəsi Yunanıstanda məcburi eniş edib
# 22 yanvar 2010 18:46 (UTC +04:00)
Almaniyadan Türkiyəyə uçan sərnişin təyyarəsi Yunanıstanda məcburi eniş edib.
APA-nın CNN-Turk-ə istinadən verdiyi məlumata görə, Ştutqart-İzmir reysi ilə uçan və göyərtəsində 69 sərnişin olan təyyarə göyərtəsində bomba olması barədə xəbərlə əlaqədar olaraq Yunanıstanın Selanik şəhərinə məcburi eniş edib.

Yunanıstan mətbuatının məlumatına görə, yerli vaxtla saat 18.15-də Ştutqart-İzmir reysi ilə uçan və göyərtəsində 69 sərnişin olan təyyarənin məcburi eniş etməsi üçün Selanik hava limanında «həyəcan siqnalı» verilib.

Lakin, təyyarəyə baxış keçirən yunan polisi göyərtədə partladıcının olmadığını bildirərək təyyarənin yoluna davam edə biləcəyini bildirib.

Yunanıstan Mülki Aviasiya idarəsindəki adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, təyyarədə bomba olması barədə xəbər pilotun mobil telefonuna edilən zənglə bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR