Bank Of Baku

Böyük Britaniyada terrorizm təhlükəsinin "yüksək səviyyəsi" elan olunub

Böyük Britaniyada terrorizm təhlükəsinin "yüksək səviyyəsi" elan olunub
# 23 yanvar 2010 00:38 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyada terrorizm təhlükəsinin səviyyəsi «ciddi» səviyyədən "yüksək səviyyə"yə keçməsi elan olunub. Bu barədə APA-nın BBS News-a istinadən məlumat verir.

Bu o deməkdir ki, hökumət ölkədə terror aksiyası həyata keçirilməsinə böyük ehtimal olduğu qənaətindədir.

Xatırladaq ki, terror təhlükəsinin «ciddi» səviyyəsi 2009-cu ilin iyul ayında elan olunub.

Ölkənin daxili işlər naziri Alan Consonun sözlərinə görə, xüsusi xidmət idarələrinin hər hansı terror aktının hazırlandığı barədə operativ məlumatı yoxdur.
Nazir sadəcə olaraq ölkə vətəndaşlarını əvvəlki kimi diqqətli olmağa və terrorçuluq fəaliyyətini aşkara çıxarmaqda xüsusi xidmət orqanlarına kömək etməyə çağırıb.

Qeyd edək ki, Böyük Britaniyada terror təhlükəsinin 5 səviyyəsi mövcuddur.
«Aşağı» səviyyə terror aktının az ehtimal olunduğunu bildirir. Daha sonra "sadə", "ciddi", "yüksək" və "böhran" səviyyələri gəlir. Hələ ki, ölkədə terror təhlükəsi sonuncu həddə çatmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR