Bank Of Baku

Almanlar nasizmin qurbanlarına 2,2 milyon avro həcmində yardım ayırıblar

Almanlar nasizmin qurbanlarına 2,2 milyon avro həcmində yardım ayırıblar
# 23 yanvar 2010 04:07 (UTC +04:00)
Bakı-APA. 2010-cu ildə Almaniyanın «Yaddaş, Məsuliyyət və Gələcək» Fondu nasional-sosializmin qurbanlarına yardım proqramlarının icrasına 2,2 milyon avro vəsait ayırıb.

APA-nın lenta.ru-ya istinadən verdiyi məlumata görə, həmin vəsait Hitler rejiminin şərqi və mərkəzi Avropada, habelə İsraildəki qurbanlarına dəstək üçün istifadə olunacaq.

Fondun bəyanatında deyilir ki, ümumilikdə, keçmişin yenidən dərk edilməsi, insan haqlarının müdafiəsi və nasional-sosializmin qurbanlarının dəstəklənməsinə 2010-cu ildə qurum tərəfindən 6,7 milyon avro vəsait xərclənəcək.

Fondun İdarə Heyətinin üzvü Martin Zalmın sözlərinə görə, Osvensimin azad olunmasından təqribən 65 il sonra «nasizmin bir çox qurbanları hələ də gördükləri zülmdən əziyyət çəkərək yoxsulluq və tənhalıq içərisində yaşayırlar". Fondun həyata keçirdiyi layihələrin məqsədi həmin insanların vəziyyətini bir qədər yaxşılaşdırmağa və onlara hörmət nümayiş etdirməkdir.

Bundan əlavə, həmin tarixi hadisələrin şahidlərinin bugünkü məktəblilərlə görüşlərinin təşkilinə 400 min avro vəsait ayrılacaq ki, indiki gənclər nasional-sosializmin dəhşətləri barədə şahidlərin dilindən eşitsinlər.

Qeyd edək ki, "Yaddaş, Məsuliyyət və Gələcək" Fondu Almaniya dövlətinin və müəssisələrin təşəbbüsü ilə, milli və beynəlxalq səviyyələrdə çoxillik danışıqlardan sonra yaradılıb. Fondun yaradılması barədə qanun Bundestaq (Almaniya parlamenti) tərəfindən 2000-ci ildə qəbul olunub

Xatırladaq ki, II dünya müharibəsi illərində Almaniyada 8,4 milyon nəfər dinc əhali və 4,5 milyon hərbi əsir konsentrasiya və əmək düşərgələrində, sənaye və kənd təsərrüfatında, inzibati strukturlarda qul kimi işlədilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR