Bank Of Baku

Britaniyada saxtakar ixtiraçı həbs olunub

Britaniyada saxtakar ixtiraçı həbs olunub
# 23 yanvar 2010 14:10 (UTC +04:00)
London – APA. Böyük Britaniya polisi partlayıcı maddələrin axtarışı üçün nəzərdə tutulan ADE 651 detektorunu icad etmiş şəxsi – Cim Makkormiki (Jim McCormick) həğs edib. O, alıcıları aldatmaqda ittiham olunur.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, C.Makkormik icad etdiyi aparatı 60 min ABŞ dollarına satıb. Lakin araşdırmalar nəticəsində müəyyənləşib ki, ADE 651 detektoru partlayıcı maddələrin axtarılmasında effekt verməyib və məqsədlə istifadəsi mənasızdır.
İxtira sahibi bildirib ki, onun icad etdiyi detektor 20-dən artıq dövlətin (İraq, Livan, Tailand və s.) hərbi arsenalına daxil edilib və 5 km-dək hündürlükdən partlayıcı maddəni aşkar etməyə imkan verir. Xatırladaq ki, vaxtı ilə bu aparatın alınmasına İraq dövləti 85 mln. dollar xərcləyib. Lakin heç bir Qərb dövləti bu detektordan istifadə etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR