Bank Of Baku

Türkiyənin Avropa Birliyi üzvlüyünə dəstək artır

Türkiyənin Avropa Birliyi üzvlüyünə dəstək artır
# 23 yanvar 2010 19:28 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyinin üzvü olan 5 ölkədə keçirilən sorğunun nəticələrinə görə, gənc nəsil Türkiyənin AB üzvlüyünə daha çox dəstək verir.

APA-nın məlumatına görə, Türkiyənin Boğaziçi universiteti Avropa Çalışmaları Mərkəzi tərəfindən İspaniyanın Madrid və Qranada universitetləri və «Avropa Dialoqu» təşkilatının birgə həyata keçirdikləri «5 Avropa Birliyi ölkəsinin ictimaiyyəti Türkiyənin tamhüquqlu üzvlüyünə necə baxır?» sorğusunun nəticələri Fransız Anadolu Araşdırmaları İnstitutunda keçirilən toplantıda açıqlanıb.

Araşdırmanın 2009-cu ilin sonlarında Fransa, İngiltərə, Almaniya, İspaniya və Polşada min nəfər arasında keçirilib. İspaniya və Polşada respondentlərin 50%-dən çoxu, İngiltərədə 46%-i, Fransa və Almaniyada isə müvafiq olaraq 27 və 30%-i Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzv olmasını dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR