Bank Of Baku

Mançester aeroportunda terror həyəcanı yaşanıb

Mançester aeroportunda terror həyəcanı yaşanıb
# 24 yanvar 2010 02:17 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. İngiltərənin Mançester şəhərinin mərkəzi hava limanında qısamüddətli terror həyəcanı yaşanıb. Belə ki, polisə sərnişinlərin birinin əl çantasında ağ toz halında naməlum maddənin olduğu barədə məlumat verilib. Sonradan bu ağ tozun zərərsiz maddə olduğu aşkarlanıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, ağ tozun aşkar olunduğu yoxlama buraxılış məntəqəsi polis tərəfindən lentə alınıb və çantasında ağ toz maddəsi aşkarlanan şəxs sorğu-sual olunub. Təhlükəsizliklə əlaqədar olaraq digər terminallarda da sərnişinlər yoxlanılıb.

Yoxlama başa çatdıqdan şübhəli bilinən şəxs azad olunub və hava limanında əvvəlki iş rejimi bərpa olunub.

Polis işçisi Leor Giladi toz halında olan maddənin tərkibi haqda məlumat verməsə də, bildirib ki, bu maddədən partlayıcı kimi istifadə etmək qeyri-mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR