Bank Of Baku

Bu gün AŞ PA-nın qış sessiyası başlayır

Bu gün AŞ PA-nın qış sessiyası başlayır
# 25 yanvar 2010 08:43 (UTC +04:00)
Qış sessiyasının ilk plenar iclası Bakı vaxtı ilə saat 14.30-da açılacaq. Parlamentarlar əvvəlcə assambleyanın prezidentini və onun müavinlərini seçəcək, sonra AŞ PA Bürosu və daimi komissiyasının hesabatlarını dinləyəcəklər. Bu gün AŞ Nazirlər Komitəsinə sədrlik edən İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey və baş katibi Torbyorn Yaqlandın çıxışları da nəzərdə tutulub.

Sessiyanın ikinci günü Yunanıstanın baş naziri Yorqo Papandreu və İtaliyanın xarici işlər naziri Franko Frattininin çıxışları dinlənəcək, “Bosniya və Herseqovinada demokratik institutların fəaliyyəti”, “İnsan alveri ilə mübarizə üzrə AŞ Konvensiyasının həyata keçirilməsi”, “Məhkəmə sistemində korrupsiya” mövzuları, eləcə də Yaxın Şərqdə vəziyyət müzakirə ediləcək. ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi “KİV azadlığına hörmət” mövzusunda məruzə ilə çıxış edəcək.

Yanvarın 28-də “Saxta pandemiyalar insan səhhətinə təhlükədir”, “Qaçqın və köçkünlərin əmlak problemlərinin həlli” mövzuları üzrə müzakirələr aparılacaq.

Sessiyanın son günü “Biomüxtəliflik və iqlim dəyişikliyi” və digər mövzulara toxunulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR