Bank Of Baku

AŞ PA Ermənistan nümayəndə heyətinin mandatını təsdiqləməyib

AŞ PA Ermənistan nümayəndə heyətinin mandatını təsdiqləməyib
# 25 yanvar 2010 13:57 (UTC +04:00)
Bakı – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ilk plenar iclasında Ermənistan və Albaniya istisna olmaqla bütün milli nümayəndə heyətlərinin səlahiyyətləri təsdiqlənib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı Ermənistan parlamentinin AŞ PA-dakı nümayəndə heyəti formalaşdırılarkən manipulyasiyaya yol verildiyi bildirilib. Manipulyasiya deyilərkən nəyin nəzərdə tutulduğu açıqlanmayıb. Müvafiq komitəyə hər iki ölkəyə dair hesabat hazırlayaraq yanvarın 28-də müzakirəyə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin tərkibi yanvarın 15-də parlamentin sədri Ovik Abramyan tərəfindən təsdiqlənib. O. Abramyan müxalifətçi “İrs” Partiyasının üzvü Zauri Postancyanı heyətdən çıxarıb və onun ezamiyyətlərinə ayrılan maliyyətinin kəsilməsi üçün göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR